"Qəzəllər" - читать интересную книгу автора (Gəncəvi Nizami)

Nizami Gəncəvi Qəzəllər

SAXLARSAN

Mənim tək köhnə bir dostu neçin qəmxar saxlarsan? Var ol, əhsən deyir aləm, nə yaxşı yar saxlarsan. Mənə xoşdur qəmim, canan, ona gəl dərman axtarma! Sual etmə «Nədir dərdin?» əcəb bimar saxlarsan? Nə rəngdə sən olursan ol, səninlə mən varam daim, Əgər təsbihə mayilsən və ya zünnar saxlarsan Səni mən dost sayırdım, sən məni düşmən hesab etdin. Səninlə fəxr edirdim, sən məni naçar saxlarsan. Əgər olsa qəmim yüngül, sənin qüssən olar asan, Necə ki, könlümə xoşdur, məni, dildar, saxlarsan. Səni daim Nizami öz əziz cananı bilmişdir, Rəvamı sən onu, böylə, sitəmlə xar saxlarsan!?